Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iMac” monobloku sürətləndirilib
“Apple” şirkəti sentyabrın 24-də “iMac” monobloklar xəttini yeniləyib.
Kompüterlər daha sürətli dördnüvəli “Intel Haswell” prosessorları ilə təchiz edilib, “Wi-Fi 802.11ac” standartı və “PCI-Express” fləş yığıcıları ilə işləmək imkanı əldə ediblər.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 21,5 düymlük “iMac” monobloku daxili “Iris Pro” qrafikası ilə tədarük edilir. 27 düymlük monoblok “Nvidia GeForce 700” seriyasına məxsus videokartla təchiz edilib.
“iMac” monoblokunun dizaynında heç bir dəyişiklik edilməyib. Ekranların təsvir ölçüsü əvvəlki kimi saxlanılıb.
Yeni kompüterlərin qiymətləri əvvəlki kimi saxlanılıb: ABŞ-da 21,5 düymlük “iMac” kompüterinin qiyməti 1299, 27 düymlük kompüterin qiyməti isə 1799 dollardan başlanır.
Xatırladaq ki, “Apple” şirkəti “iMac” xəttini 1998-ci ildən inkişaf etdirir.
Emil Hüseynov
25/09/13 Çap et