Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Lənkəranda yeni poçt binaları istifadəyə verilib



Regionların sosial-iqtisadi inkişafına dair ikinci "Dövlət Proqramı"nda müəyyən edilmiş tədbirlərə müvafiq olaraq əhaliyə göstərilən poçt və rabitə xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Lənkəran rayonunun Gərmətük qəsəbəsində və Sütəmurdov kəndində yeni poçt binaları istifadəyə verilib.

Yeni xidmət obyektlərində əhaliyə poçt və rabitə xidmətləri ilə yanaşı, pulsuz internet, avtomobillərin sığortası və müxtəlif bank xidmətləri göstəriləcək.

Bu münasibətlə hər iki yaşayış məntəqəsində keçirilən mərasimlərdə çıxış edənlər əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

RƏVAN




25/09/13    Çap et