Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Lənkəranda genişzolaqlı internet şəbəkəsi genişləndirilir


Lənkəranda genişzolaqlı internet xidmətinin əhali və təşkilatlar üzrə  geniş təbliği və  reklamı  sayəsində  internetdən istifadə edən  ümumi  abonentlərin sayı səkkiz min nəfərə çatıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Lənkəran TKQ-nın rəisi Camal Əkbərov məlumat verib.

Onun sözlərinə görə, genişzolaqlı internetin inkişafı üçün qovşağın  xidmət ərazisində daha 26 kənddə yeni nəsil NGN texnologiyalı stansiyanın quraşdırıb əhalinin istifadəsinə verilməsi məqsədilə “EATS – 4” , “EATS – 5” və “Liman EATS” rekonsturuksiya ediləcəyi, “EATS – 4” ərazisində 23 , “EATS – 5” ərazisində 12 , “Liman EATS”  ərazisində 4 , “Boladi EATS” – in ərazisində 3 , “İsti su EATS” ərazisində isə  1 ədəd ONU avadanlığı qurulması nəzərdə tutulub.
 
ONU avadanlıqlarının tətbiqi son mil problemini həll etməklə optik şəbəkə avadanlıqları qurularaq abunəçi xəttinin uzunluğunun dəfələrlə azaldılmasını, nəticədə istifadəçilərə keyfiyyətli (sürətli) multimedia xidmətləri göstərilməsini təmin edir.Yeni texnologiyaların imkanlarından istifadə etməklə, abunəçilər «İAD», «İP-TV», «İP Console», «Centrex», «VPN» və digər bu kimi genişzolaqlı multimedia xidmətlərindən istifadə edə biləcəklər.
 
Qeyd edək ki, ümumilikdə “Genişzolaqlı internet xidmətinin inkişafı” layihəsi çərçivəsində 2013 – 2015 ci illər - 1 - ci mərhələdə Lənkəran TKQ üzrə 9549 ADSL tutumunda 19428 ədəd artım layihələndirilib.
 
RƏVAN
 




25/09/13    Çap et