Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” “Galaxy R” smartfonunu təqdim edib (VİDEO)
Dünən “Samsung” şirkəti rəsmən “Galaxy R” smartfonunu təqdim edib. O, yaxın vaxtlarda Avropanın digər ölkələrində də satışa çıxarılacaq. Yenilik “Android 2.3” əməliyyat sistemi ilə işləyir və “NVIDIA Tegra 2” aparat platformasına əsaslanır. “Samsung Galaxy R” 4,2 800x480 piksel kəskinlikli “Super Clear LCD” ekranı, 2 kamera – 5 meqapikselli əsas və 2 meqapikselli ön kamera ilə təchiz edilib. Smartfon “HSPA”, “Bluetooth 3.0”, “Wi-Fi” və “GPS” modulları ilə təchiz edilib. Daxili yaddaş həcmi 8 QB təşkil edir, “microSD” formatı yaddaş kartları üçün slot nəzərdə tutulub. Telefonun ölçüləri 126x67x9,5 millimetr, çəkisi isə 131 qramdır. Qiyməti bildirilmir.