Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2016-cı ildə 4G şəbəkələr trafikin həcminə görə 3G-ni ötəcək
2013-cü ilin ikinci rübünün sonunda “4G” rabitə standartının xidmətlərdən istifadə edən abunəçilərin payının 2,9% olmasına baxmayaraq, “ABI Research” şirkətinin ekspertləri hesab edirlər ki, cari ilin sonunadək mobil şəbəkələr vasitəsilə ötürülən məlumatların ümumi həcminin 20%-dən çoxu dördüncü nəsil şəbəkələrinin köməkliyi ilə yüklənəcək.
Mütəxəssislərin qiymətləndirməsinə görə, 2016-cı ildə “4G” şəbəkələr sözügedən göstərici üzrə “3G”-ni ötəcək.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yaxın 5 ildə 4G şəbəkələrində məlumat axınına ildə orta hesabla 82,2% artacağı gözlənilir, mobil operatorlar tərəfindən LTE şəbəkələrin aktiv yayılması, həmçinin smartfon və planşetlərin çeşidinin genişləndirilməsi buna imkan yaradacaq.
Emil Hüseynov
25/09/13 Çap et