Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Obamanın “Twitter” abunəçilərinin yalnız 20%-i əslində mövcuddur
ABŞ prezidenti Barak Obama onun “Twitter” hesabına abunə olmuş "botlar"ın sayına görə nüfuzlu siyasətçilər arasında liderdir.
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, abunəçilərinin (36,9 milyon) 53%-i “botlar”dır və izləyicilərinin 27%-i fəal deyil. Obamanın mikrobloqundakı yeniliklərə abunə olmuş insanların cəmi 20%-i həqiqətdə mövcuddur. Amerika liderinin təsdiqlənmiş səhifəsində istifadəçilərin fəallığını təhlil etmiş mütəxəssislərin qərarı belədir.
Bu göstərici üzrə vitse-prezident Co Bayden ikinci yerdə, Ağ evin rəsmi mikrobloqu üçüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
26/09/13 Çap et