Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur sosial şəbəkə Avropa nümayəndəliyini genişləndirir



“Twitter” şirkəti Dublində yerləşən Avropa mənzil-qərargahının işçi heyətinin sayını iki dəfə artıracaq. “Twitter” nümayəndələrinin məlumatına görə, şirkət Avropa mənzil-qərargahında 100 yeni iş yeri yaradaraq maliyyə və marketinq fəaliyyətinin möhkəmləndirilməsi üzrə fəaliyyət göstərəcək.

“Biz 2 il ərzində Dublin nümayəndəliyində bir nəfər işçisi olan kiçik nümayəndəlikdən yüzlərlə işçi heyətinə malik ofisə çevrilmişik. Bu gün şirkətin bütün işçi heyəti 10 əsas istiqamət üzrə çalışır. Artıq bu gün biz 30-a yaxın əməkdaş, o cümlədən hüquqşünas, kadrlar, satış, marketinq üzrə mütəxəssislər, eləcə də bir necə mühəndis ixtisaslı şəxslər axtarışındayıq”, - “Twitter Ireland” şirkətinin idarəedici direktoru Stiven Makintayr bildirib.  

Xatırladaq ki, ötən həftə şirkət bəyan edib ki, 2011-ci ildə Londona gələn və şirkətin Avropadakı fəaliyyətinin genişlənməsinin ilk mərhələsinə rəhbərlik edən Toni Vonq “Twitter”in San-Fransiskoda yerləşən əsas mənzil-qərargahına qayıdacaq, “Twitter”ə ötən il keçən “Google” şirkətinin keçmiş meneceri Bryus Deysli onun Londondakı vəzifəsini icra edəcək.
İrlandiyanın paytaxtı Dublin şəhəri son vaxtlar ABŞ-ın bir sıra İT şirkətləri üçün dayanacaq nöqtəsinə çevrilib,- “Cybersecurity.www.cybersecurity.ru” yazır.  




26/09/13    Çap et