Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsmayıllıda yeni DVB-T verici istismara verilib
Ölkə ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi genişləndirilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin yaydığı məlumata görə, İsmayıllı rayonunun Vaşa və ətraf kəndlərində (Dvoryan, Mulux, Mücü, Müdrü, Müdrisə, Namazgah, Nanıc, Qoydan, Əhən, Ərəkit, Lahıc, Yucarı Cülyan, Ximrankənd) əhalinin keyfiyyətli yayımla təmin olunması üçün adıçəkilən birliyə məxsus Vaşa RTS-də Litvanın “Vigintos Elektronika” şirkətinin istehsalı olan 300 Vt-lıq yeni DVB-T vericisi quraşdırılaraq istismara verilib.
Bunun nəticəsi olaraq region əhalisi “AzTV”, “İdman Azərbaycan”, “Mədəniyyət TV”, “İTV”, “ANS”, “Lider”, “Space”, “ATV”, “Xəzər”, “TRT”, “Kanal D” və “ORT” kanallarından ibarət sosial paketi izləmək imkanı əldə ediblər.
CAHANGİR
26/09/13 Çap et