Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İDC” şirkəti Azərbaycanın İT bazarını qiymətləndirdi


“İDC” şirkətinin məlumatına görə, Azərbaycanın fərdi kompyuter bazarı 11,4% artıb. Bu bazarda tədarüklər 158 mini ötüb. Bu rəqəmin 51,6%-ni stolüstü və 48,4%-ni isə mobil sistemlər təşkil edir. Fərdi kompyuter bazarının müsbət dinamikası fonunda noutbuk bazarında artım müşahidə olunub. Bununla yanaşı, mobil kompyuterlərin tədarükü 14,7% artıb. Bu artım əsasən fərdi istifadəçilərin hesabına baş verib. Desktop bazarında isə azalma müşahidə olunub. Belə ki, 2009-cu ilə nisbətən bazarın həcmi 6,2% azalıb. Kompyuter bazarında güclü yerli istehsalçıların mövcud olmasına baxmayaraq “HP” şirkəti 33,2% payla bazarda birinci yer tutur. Bazarda “HP”, “Acer” və “Toshiba” şirkətləri müvafiq olaraq ilk üçlüyü tamamlayır. Bu şirkətlərin noutbuk və desktop tədarüklərinin ümumi həcmi 50%-dən çoxdur.
Araşdırmalar göstərib ki, bazarın istehlak və korporativ seqmentlərinin ənənəvi brendlərə meyilliliyi davam edir. “İDS” şirkəti tərəfindən verilən məlumata görə, keçən il Azərbaycanda çap qurğuları bazarında 1,8% artım qeydə alınıb. 36,8 min printer və surətçıxarma qurğusu, o cümlədən 17,7 min şırnaqlı və 17,9 min lazer cihazları tədarük olunub. Bu texnikanın əsas həcmi dövlət və korporativ seqmentlərin (lazer cihazları) və ev təsərrüfatlarının (şırnaqlı cihazlar) payına düşür.




11/08/11    Çap et