Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-in əməkdaşları “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisini ziyarət ediblər


“Bakı Expo” Sərgi Mərkəzində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunmuş “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi fəaliyyətini davam etdirir.
 
Sərgi çərçivəsində müxtəlif dövlət qurumlarının günlərinin keçirilməsi də nəzərdə tutulur. Bu tədbirə uyğun olaraq, sentyabrın 26-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları sərgini ziyarət ediblər.
 
 Ziyarətçilər sərginin 3 pavilyonunda nümayiş edilən ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT), sənaye, energetika, kənd təsərrüfatı, sahibkarlıq, regionların sosial-iqtisadi inkişafı, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, mədəniyyət, gənclər və idman, ekologiya, su və kanalizasiya və digər sahələrdə qazandığı nailiyyətlər, eləcə də müxtəlif kənd təsərrüfatı və sənaye məhsulları ilə tanış olublar.
 
 Bundan başqa, sərgi iştirakçıları açıq havada təşkil edilən pavilyonda bir sıra texnika və avadanlıqlar, Azərbaycanda istehsal olunan məhsulları da seyr ediblər.
 
 
Qeyd edək ki, dövlət qurumlarının günlərinin təşkili ilə bağlı ilk tədbir sentyabrın 17-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilib. “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi öz işini oktyabrın 15-də yekunlaşdıracaq.

Həqiqət İSABALAYEVA




26/09/13    Çap et