Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Milliön” ödəniş terminallarında bir sıra şəhadətnamələrin alınması üzrə rüsumlar qəbul olunur
“Komtec” şirkəti artıq “Milliön” ödəniş terminalları şəbəkəsində vətəndaşlıq vəziyyəti əqdlərinin qeydiyyatı orqanının göstərdiyi xidmətlər üzrə dövlət rüsumlarının qəbuluna başlayıb.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu xidmət qeydiyyat orqanının yalnız Bakıda yerləşən 12 filialında təqdim edilir. “Milliön” terminallarında artıq sənədlər haqda sorğu vermək və arayışlar almağa imkan verəcək.
Terminallar vasitəsilə nikah, boşanma, adın, soyadın və ata adının dəyişdirilməsi haqda şəhadətnamələr, vətəndaşlıq vəziyyəti haqda əqdlərin yenidən qeydiyyata alınması, vətəndaş vəziyyəti haqda əqdlərin qeydiyyatının dəyişdirilməsi üzrə dövlət rüsumlarını ödəmək mümkün olacaq. Dövlət rüsumunun onlayn ödənişi üzrə komissiyanın məbləği 1 manat təşkil edir.
Aynur Vəliyeva
26/09/13 Çap et