Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gənclərimiz xaricdə təhsil üzrə daha çox informasiya texnologiyaları, iqtisadiyyat, tibb, mühəndislik və turizmə maraq göstərirlər
2013-2014-cü tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən gənclərimiz daha çox informasiya texnologiyaları, iqtisadiyyat, tibb, mühəndislik və turizm ixtisas istiqamətlərinə maraq göstərirlər.
Bu barədə məlumat verən Təhsil Nazirliyindən bildirilib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir.
Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 601 namizəd barəsində müsbət qərar qəbul olunub.
Həqiqət İSABALAYEVA
26/09/13 Çap et