Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Geek” smartfonu təqdim edilib
Bu gün “ZTE” şirkəti “NVIDIA Tegra 4” platforması ilə işləyən ilk smartfonu təqdim edib. “Geek” modeli 1,8 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, “microSD” slotu, 1920×1080 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib.
Bundan başqa, smartfon 13 meqapiksellik kamera, 2300 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib və “Dolby Digital Audio” texnologiyasını dəstəkləyir. Cihaz “Android 4.2” mobil əməliyyat sistemi ilə işləyir.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Çində sözügedən smartfon 300 dollara satılır. Şirkət aparatın başqa ölkələrə çıxarılacağı tarixi açıqlamayıb.
Emil Hüseynov
27/09/13 Çap et