Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Firefox” “Flash”dan başqa bütün plaqinləri deaktiv edəcək
“Firefox” brauzerinin yeni versiyasında “Flash Player”dən başqa bütün plaqinlər (proqramın imkanlarını genişləndirən modullar) deaktiv ediləcək. İstifadəçi onları özü sərbəst şəkildə aktivləşdirməli olacaq.
“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, saytlardan hər hansı biri plaqin qoşulmasını tələb etsə, “Firefox” istifadəçiyə seçim imkanı yaradan müvafiq dialoq pəncərəsini üzə çıxaracaq. Yalnız “Adobe Flash Player” istisnadır.
Ehtimal ki, “Mozilla” təhlükəsizliklə əlaqədar plaqinlərdən can;n; qurtarmaq istəyir.
Başqa brauzer istehsalçıları da plaqinlərlə mübarizə aparmağa başlayır. Məsələn, “Microsoft” şirkəti “Internet Explorer” (IE) brauzerinin plitka versiyasında onları tamamilə bloklayıb və “Google” şirkəti 2014-cü ildə “Chrome” üçün plaqinləri "məhv"ə başlamağa qərar verib.
Emil Hüseynov
27/09/13 Çap et