Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovativ “yaşıl” texnologiyaların təşviqi və maliyyələşdirilməsi müzakirə olunacaq


23-25 oktyabr 2013-cü il tarixlərində  Astanada BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən innovativ “yaşıl” texnologiyaların təşviqi və maliyyələşdirilməsi üzrə birgə milli seminar və əlaqədar tərəflərin görüşü təşkil olunacaq.
 
AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) bildirilib ki, birgə milli seminarın məqsədi Azərbaycan və Qazaxıstandan (təbii resurslarla zəngin ölkələrin) olan siyasətçilərin bilik və bacarıqlarının artırılmasıdır. Seminar iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılması üzrə səmərəli innovasiya siyasətinin layihələşdirilməsi və hazırlanması, eləcə də bütün əlaqədar tərəflər arasında regional dialoqun gücləndirilməsi və əlaqələrin qurulmasına kömək etmək, ölkələrin elm potensialının təbliği və inkişafı, innovativ sahibkarlıq, o cümlədən innovativ “yaşıl” texnologiyaya tələbatın artırılması, ekoloji təmiz texnologiyaların əldə edilməsi və yayılması üçün dövlət-özəl əməkdaşlıq hesabına yeni növ maliyyələşməyə daxilolma kimi məqsədləri ehtiva edir.
 
Seminarda əlaqədar tərəflərin görüşü innovasiya fəaliyyəti üzrə işləyən və dövlət-özəl əməkdaşlığı əsasında “yaşıl” texnologiya layihələrinin maliyyələşdirilməsi müəssisələr şəbəkəsinin yaradılmasına kömək edəcək: “Azərbaycanda innovasiya fəaliyyətinin inkişafında Elmi İnnovasiyalar Mərkəzinin əhəmiyyətini nəzərə alaraq EİM-in iki nümayəndəsi bu tədbirdə iştirak edəcək.


 
Həqiqət İSABALAYEVA




27/09/13    Çap et