Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ebay” ödəniş platformasını genişləndirir


“Ebay” internet şirkəti “Braintree” ödəniş platformasını 800 milyon dollara satın almasını bəyan edib. Alış “Ebay”a məxsus “PayPal” ödəniş sisteminin mobil telefonlar və planşetlər seqmentində iştirakını gücləndirməyə imkan verəcək. “Braintree” ödəniş platforması istifadəçilərə mobil qurğular vasitəsilə ödənişləri həyata keçirməyə şərait yaradan “Venmo” əlavəsini buraxır.

“Biz əminik ki, bu sövdələşmə strateji baxımdan məntiqli görünür və “PayPal”ın mobil distribüsiyada imkanlarını genişləndirir, habelə “Ebay” bununla bazardakı iri rəqibini uzaqlaşdırır”, - “RBC Capital Markets” şirkətinin analitiki Mark Maheyni bildirib.

Onun sözlərinə görə, “PayPal” hazırda mobil sahədə iştirakının genişlənməsi üçün fəal mübarizə aparır və perspektivli yeni layihələr axtararaq “Square” kimi servislərlə rəqabət aparmağa çalışır. Bu gün “Braintree” platforması “Airbnb” onlayn sifariş və  “OpenTable” restoran servisləri tərəfindən istifadə olunur.

“Braintree” şirkəti 180-dən çox əməkdaşa malik olmaqla onlayn satıcılar üçün servislərin tədarükü ilə məşğul olur, ödəniş şlüzlərinin işini təmin edir, şəxsi billinq sisteminə və kredit kartları saxlancına sahibdir. Sazişin şərtlərinə əsasən, “Braintree” “PayPal” sistemi daxilində rəhbərliyini və öz platformasını müstəqil istiqamət kimi qoruyacaq.

“Ebay” nümayəndələri bildiriblər ki, sövdələşmənin cari ilin dördüncü rübündə başa çatması gözlənilir. Saziş şirkətin xalis gəlirinə mənfi təsir göstərəcək və bu göstərici illik hesablamada bir səhm üçün 1 sent azalacaq, - "Cybersecuritywww.cybersecurity.ru” yazır. 



 




27/09/13    Çap et