Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MilliÖN” nağdsız ödənişləri qəbul etməyə hazırlaşır



 “Komtec LTD” şirkətinin “MilliÖN” ödəmə terminallarında yaxın zamanda kartla ödəniş etmək mümkün olacaq.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Komtec LTD” şirkətinin  icraçı direktoru Söhrab Fərhadov bildirib ki, bu qərar şirkətin bank kartları vasitəsilə tranzaksiyaların sayının artması ilə bağlı müşahidələr əsasında qəbul edilib.
 
Hazırda Azərbaycan əhalisinin 56%-i əməkhaqqı, təqaüd və sair bank kartları sahibidir, lakin onların cəmi 6-7%-i bu kartlardan aktiv istifadə edir, əksəriyyət nağd pulu bankomatdan çıxararaq kommunal ödənişləri “MilliÖN” terminallarında həyata keçirir. Bunu nəzərə alaraq şirkət qərara gəlib ki, bu proseduru əhali birbaşa bank kartları vasitəsilə həyata keçirə bilməsi üçün şərait yaradılsın.
 
Ödənişlərin təhlükəsizliyi bankın prosessinq mərkəzi (kart emitenti və qəbul edən bank) tərəfindən təmin edilir. Hazırda plastik kartlarla ödənişlərin sayının artması müşahidə olunur və gələcəkdə nağdsız ödənişləri daha da inkişaf etdirmək üçün və əhali arasında artan tələbata hazır olmaq üçün bu gün bu funksiyanı əlavə edir.
 
Aynur Vəliyeva




27/09/13    Çap et