Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məleykə Abbaszadə: “İnformasiya Texnologiya Universitetinə tələbələrin 90 faizi dövlət sifarişi əsasında qəbul olunub”
Bu tədris ilindən fəaliyyətə başlayan İnformasiya Texnologiya Universitetinə (İTU) tələbələrin 90 faizi dövlət sifarişi əsasında qəbul olunub. Bu fikri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul kampaniyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, İnformasiya Texnologiyaları Universiteti (İTU) Azərbaycan Respublikası prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb. İTU 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirir. Bu ixtisaslara “İnformasiya təhlükəsizliyi”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” daxildir.
Həqiqət İSABALAYEVA
27/09/13 Çap et