Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Haker qrupu “Facebook” sosial şəbəkəsini məhv etmək niyyətində olmadığını bəyan etdi


“Anonymous” qrupundan olan hakerlər öz rəsmi “Twitter” bloqunda onlar tərəfindən “Facebook” sosial şəbəkəsinin məhv edilməsi üzrə əməliyyat hazırlığı haqqında xəbəri təkzib ediblər. Məlumat üçün qeyd edək ki, yaxın günlərdə şəbəkədə yayılan videoda “Anonymous” qrupu dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”u məhv etmə planı haqqında bəyanat yayılıb. Hakerlərin “Facebook”u hansı yolla məhv edəcəyi isə bildirilməyib. “Facebook”un məhv edilməsi "əməliyyat"ı cari ilin noyabr ayının 5-nə təyin edilib.
“Anonymous” nümayəndələri öz “@anonops” mikrobloqunda bildiriblər ki, "Facebook” əməliyyatı – sadəcə olaraq daha bir saxtakarlıq nümunəsidir". "Biz “Facebook”u "məhv etməyə" hazırlaşmırıq. Bu, bizim stilimiz deyil" – deyə hakerlər qeyd ediblər. Daha sonra onlar bildiriblər ki, “Facebook”a gələcək hücumu “Anonymous” qrupu üzvlərindən bəziləri təşkil ediblər, ancaq bütün qruplaşma bu aksiyanı dəstəkləmir.


internet.cnews.ru




11/08/11    Çap et