Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına 300 mindən çox müraciət olub


Azərbaycanın bütün icra hakimiyyəti orqanları "Elektron hökumət" portalına qoşulub. Sözügedən portala qoşulma və ondan istifadə aktivliyi sürətlə artmaqdadır.
 
 "ICTnews" xəbər xidmətinin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
 
Nazir qeyd edib ki, cari ilin 8 ayı ərzində, yəni avqustun 1-nə kimi Azərbaycanda "Elektron hökumət" portalına 300 mindən çox müraciət olunub. «Bu dinamika, bu rəqəmlər gündən-günə artmaqdadır».
 
 
SEYMUR
 




27/09/13    Çap et