Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Balakəndə “Kənd icra nümayəndəlikləri və bələdiyyə işçilərinin İKT biliklərinin artırılması” layihəsi həyata keçirilib
"Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 mart tarixli 2815 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planı"nın 38-ci bəndinin ("Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi") icrası ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Balakən rayonunda "Kənd icra nümayəndəlikləri və bələdiyyə işçilərinin İKT biliklərinin artırılması" layihəsi həyata keçirilib.
Layihə çərçivəsində mütəxəssislər tərəfindən Balakən rayonunun Kənd İnzibati Ərazi Dairələri və Bələdiyyə işçilərinə (80 nəfər) kompüter kursları keçirilmişdir. Kurslar iyun-avqust ayları ərzində Balakən rayonu Nəsimi adına 2 saylı şəhər məktəbində xüsusi proqram əsasında aparılıb.
Kursun iştirakçıları tədris proqramı əsasında kompüterin aparat və proqram təminatı, "Windows", "Word", "XP", "Excel", "Power Point" proqramları, İnternet və elektron poçtu, "Elektron hökumət" portalından istifadə haqqında geniş nəzəri və praktiki biliklərə yiyələniblər.
Kursun yekununda test keçirilərək iştirakçılara bilik səviyyələrinə uyğun dərəcələr üzrə sertifikatlar verilib.
28/09/13 Çap et