Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platforması üçün zərərli proqramların sayı kəskin artıb
"McAfee" şirkətinin laboratoriyası 2013-cü ilin ikinci rübü üzrə təhlükələr haqqında hesabat dərc edib. Hesabatda 2012-ci ilin əvvəlindən "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün zərərli proqramların sayının xeyli artdığı qeyd edilib. Göstərici 35%-ə çatıb.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "McAfee" laboratoriyası bu ilin ikinci rübündə ötən rüblə müqayisədə iki dəfə daha çox zərərli proqram nümunələri qeydə alıb.
İkinci rübdə, həmçinin şübhəli URL ünvanların sayı 16%, təsdiq olunmuş sertifikatlar tərəfindən imzalanmış zərərli proqramların sayı isə 50% artıb. Bundan başqa, genişmiqyaslı kiberhücum və elektron casusluq hadisələri, həmçinin "Bitcoin" sistemlərinə hücumlar qeydə alınıb.
Emil Hüseynov
28/09/13 Çap et