Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Abşeronda müasir rabitə xidmətləri göstərən yeni stansiya qurulur
Abşeron sakinlərinin daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsi məqsədilə “Aztelekom” İB tərəfindən rayonda yeni avadanlıqlar quraşdırılır. Abşeron TKQ bununla əlaqədar hazırlanan tədbirlər planının icrasını həyata keçirməyə başlayıb.
Bu barədə Abşeron TKQ-nin rəisi Əyyub İsmayılov məlumat verərək bildirib ki, bu məqsədlə sakinlərin mənzillərinə yüksəkkeyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edən “ONU (Optik Network Union” (Optik Şəbəkə Nöqtəsi) tipli stansiyanın tətbiqi genişləndirilir.
Rəis bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində Xocasən qəsəbəsində 768 nömrə tutumlu, Quşçuluq yaşayış massivinin S.Bəhlulzadə və H.Zərdabi küçələrinin hər birində 768 nömrə tutumlu, Mexkalaon yaşayış massivində 512 nömrə tutumlu “ONU” avadanlıqların istismara buraxılması İKT-yə çıxış imkanlarının bir neçə dəfə artırılmasına şərait yaradılması deməkdir.
O əlavə edib ki, “ONU” stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı, İPTV, videotelefon və digər multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.
Qeyd edək ki, dünya təcrübəsindən texnoloji baxımdan özünü yaxşı təqdim edən avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və yüksəkkeyfiyyətli çatdırılmasını təmin edir.
RƏVAN
30/09/13 Çap et