Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnnovativ texnologiya əsasında inşa olunan binalar üçün “yaşıl bina” layihəsi



 
Azərbaycan dinamik inkişaf edən ölkədir, burada müasir infrastruktur layihələri həyata keçirilir, möhtəşəm binalar ucaldılır. Bu baxımdan dünyada dəbdə olan və enerjiyə qənaətcil “yaşıl bina” layihəsinin də respublikamızda tətbiqi məqsədəuyğun hesab edilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Fəqan Əliyevin sözlərinə görə, respublikamız böyük neft-qaz ehtiyatlarına malik olmasına baxmayaraq, elektrik enerjisinə qənaət edilməli, alternativ enerji mənbələrinə üstünlük verilməlidir. Yəni innovativ texnologiya əsasında inşa olunan binalar yayda istidən, qışda isə soyuqdan qorunmalıdır. Çünki bina insanların rahat yaşaması üçün bir məkandır.

Qeyd edək  ki, “yaşıl bina” layihəsi Avropa ölkələrində daha çox yayılıb. Binanın enerji effektinin artırılmasına xidmət edən “yaşıl bina”da ekoloji cəhətdən təmiz tikinti materiallarından istifadə edilir və bütün kommunikasiya şəbəkəsi avtomatlaşdırılır.
 
Buraya ərazidə yaşıllıqların salınması, həmçinin alternativ enerjinin alınması üçün binada günəş batareyalarının quraşdırılması kimi məsələlər də daxildir. 

RƏVAN




30/09/13    Çap et