Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sabahdan yeni standart tətbiq olunacaq
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS İSO/İEC 2382-18-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı” və AZS İSO/İEC 2382-20-2013 “İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi” dövlət standartlarını təsdiq edib.
Standartlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) tərəfindən işlənilib hazırlanıb.
Hər iki standart oktyabrın 1-dən tətbiq olunacaq.
AZS İSO/İEC 2382-18-2013 dövlət standartı verilənlərin paylanmış emalı sahəsində beynəlxalq ünsiyyəti asanlaşdırmaq üçün nəzərdə tutulur.
AZS İSO/İEC 2382-20-2013 dövlət standartında isə sistemin layihələndirilməsi və keyfiyyət təminatı da daxil olmaqla, sistemə verilən tələblərin təhlilindən başlamış tətbiqinə qədər bütün əsas anlayışlar yer alır.
RƏVAN
30/09/13 Çap et