Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet istifadəçilərinin 50%-dən çoxu şəbəkədə özü haqqında informasiya axtarır


“mashable.com” saytı Amerikanın “Pew Research Center” araşdırma  şirkətinin məlumatlarına istinadən yazır ki, internet istifadəçilərinin təxminən 56%-i ən azı bir dəfə axtarış sistemində öz adını axtarıb.
“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, sözügedən araşdırma ilk dəfə 2001-ci ildə keçirilib və o zaman bu göstərici 22% olub.
 
"İşə götürənlər, romantik tərəfdaşlar və qəbul komissiyaları hansısa şəxs barəsində ilkin məlumatlar əldə etmək üçün tez-tez axtarış sistemlərindən istifadə edirlər. Bu məlumatlar rəqəmli əsrdə mühüm əhəmiyyət daşıyır" – araşdırmanın müəllifi Meri Medden “Mashable” internet nəşrinə deyib.

Emil Hüseynov




30/09/13    Çap et