Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung Galaxy Note 3” smartfonunun dayanıqlığı yoxlanılıb
“Android Authority” resursu “Samsung Galaxy Note 3” smartfonunun dayanıqlığını sınaqdan keçirib. Aparat ənənəvi sınaqdan (150 santimetrdən yerə doğru buraxılıb) keçirilib. Nəticədə məlum olub ki, sözügedən aparatın ekranı smartfonun ən həssas elementidir.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, yerə düşmə “Galaxy Note 3” smartfonunun işləmək qabiliyyətinə təsir etməyib, lakin sınaqdan sonra planşetofonun məhsul görünüşü itib: ekrandan başqa korpus da zədələnib.
Xatırladaq ki, “Samsung Galaxy Note 3” 1.9 QHs takt tezlikli “Exynos 5 Octa” prosessoru, 3 QB əməli yaddaş, 32/64 QB daxili yaddaş, “microSD” slotu, 13 meqapiksellik kamera, 3200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Ekranın diaqonalı 5,7 düym, təsvir ölçüsü 1920×1080 nöqtə təşkil edir.
Emil Hüseynov
30/09/13 Çap et