Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NASA” beynəlxalq kosmik agentliyi kosmosa ilk “3D” printer göndərəcək


“NASA” beynəlxalq kosmik agentliyi kosmosa ilk “3D” printer göndərməyə hazırlaşır. Alimlər yeni texnologiya sayəsində orbitdə həyata keçirilən işlərin optimallaşdırılmasında böyük perspektiv görürlər.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, kosmonavtlar üçölçülü çap ilə robot, naviqasiya sistemləri, skafandr və tədqiqat avadanlıqlarını özləri hazırlaya biləcək. Həmçinin sözügedən printerin köməkliyi ilə yaxın vaxtlarda astronavtlar üçün dadlı yemək hazırlamaq mümkün olacaq.

Emil Hüseynov




30/09/13    Çap et