Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

10 dəqiqə müddətində enerji ilə doldurulan smartfon


Yaponiyanın “Fujitsy” şirkəti “Softbank” mobil operatoru ilə birgə  “Arrows A 301F” smartfonunu təqdim edib. Sözügedən aparatın akkumulyatoru cəmisi 10 dəqiqə ərzində enerji ilə dolur, bundan sonra bütün gün ərzində qurğudan istifadə etmək olar. Lakin istehsalçılar sirri açıqlamayıblar.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, tutumu 2600 milliamper/saat olan batareya enerji ilə tam doldurularsa, o zaman cihaz 3 gün müddətində işləyəcək. Bundan başqa, “Arrows A” smartfonu “iPhone 5S” kimi barmaq izləri skaneri ilə təchiz edilib.

“Android” platforması ilə işləyən smartfon 5 düymlük “Full HD” ekranı, 2.2 QHs takt tezlikli “Snapdragon 800” qabaqcıl çipi və 13 meqapiksellik kamera ilə təchiz edilib. Daxili yaddaşın həcmi 64 QB,  əməli yaddaş isə 2 QB təşkil edir. Smartfon “Android 4.2” versiyası ilə işləyir.

“Arrows A 301F” smartfonunun satışlarına Yaponiyada dekabrda başlanılacaq. Sözügedən məhsulun digər ölkələrə çıxarılacağı bildirilmir.

Emil Hüseynov




02/10/13    Çap et