“Sazz İnternet”in əhatə dairəsinə Pirallahı adası və Pirşağı qəsəbəsi də daxil edilib
"Sazz İnternet" provayderi ölkədə "İKT ili"nin elan edilməsi ilə əlaqədar tərtib etdiyi geniş inkişaf proqramını uğurla həyata keçirməyə davam edir.
"Sazz İnternet"in mətbuat xidmətindən verilən məlumata görə, proqram həm Bakı və Abşeronu, həm də respublikanın müxtəlif regionlarını əhatə edir.
Qeyd edək ki, sentyabr ayının sonlarından etibarən "Sazz İnternet" Abşeronun bir sıra yeni bölgələrini özünün əhatə dairəsinə əlavə edib. Belə ki, "Sazz İnternet" artıq Pirallahı adası və Pirşağı qəsəbəsində də xidmət göstərməyə başlayıb, Hövsanda isə şəbəkəni genişləndirib.
Hazırda Bakı və Abşeron, Gəncə, Mingəçevir, Sumqayıt və Xırdalanda fəaliyyət göstərən "Sazz İnternet"in əhatə dairəsinə yaxın bir neçə həftə ərzində daha 11 rayon mərkəzinin əlavə olunması gözlənilir. İlkin mərhələdə "Sazz İnternet" ardıcıl olaraq Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala və Balakəndə, daha sonra isə Lənkəran, Masallı, Lerik və Astarada da öz şəbəkəsini quracaq.
"Sazz İnternet"ə şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün "Sazz" satış nöqtələrində abunəçi olmaq olar. "Sazz İnternet"in satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır. Satış nöqtələrinin tam siyahısı "
www.sazz.az" internet səhifəsində yerləşdirilib. Abunəçi müqaviləsini həmçinin sifarişlə və pulsuz çatdırılma yolu ilə həyata keçirmək mümkündür.
Kamal Hacıyev