Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

27 oktyabr 2013-cü il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək


Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.
 
Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
 
Komitədən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 27 oktyabr 2013-cü il tarixində saat 5:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
 
Həqiqət İSABALAYEVA




02/10/13    Çap et