Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pizza “3D” printerində hazırlanacaq


“Quartz” saytının məlumatına görə, ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) qidanın “3D” printerində çapı metodunun işlənməsi üzrə layihəyə start verib. Bu üsulla hazırlanacaq ilk prototipin pizza olacağı bildirilir.
Qidanın “3D” printerində çapı texnologiyasını dünyanın inkişaf etmiş regionlarına təklif etməyi nəzərdə tutan qrantı “Systems & Materials Research” şirkəti əldə edib.

“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, “NASA”-da bu texnologiya Marsa kosmik uçuşlar zamanı istifadə üçün nəzərdə tutulub. “SMRC” korporasiyasının aparıcı mühəndisi olan Ancan Kontraktor bildirib ki, yeməkləri saxlama müddəti 30 il olan ovuntulardan çap etmək planlaşdırılır.

Kontraktorun fikrincə, məqsədə çatmaq üçün qida tozlarının tərkibindən mayenin tamamilə çıxarılması lazım gələcək. Pizza xəmir, sous və pendir qatlarından ibarət olduğundan onları ayrı-ayrılıqda çap etmək və sonra bir-birinin üzərinə qoymaq mümkündür. Tərkibin qidalı maddələrə görə tarazlığına nail olmaq üçün başqa zülallı materiallardan da istifadə etmək olar. Mühəndis əlavə edib ki, pizzanı printerdə asanlıqla qızdırmaq mümkün olacaq.

Emil Hüseynov




02/10/13    Çap et