Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daxil olan trafikin orta sürəti 4.56 Mbit/s təşkil edir


“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.56 Mbit/s təşkil edir.


Xatırladaq ki, ötən ay bu göstərici 4.33 Mbit/saniyə olub.
Bakı üzrə bu göstərici 6.14 Mbit/s, Sumqayıt üzrə isə 3.12 Mbit/s təşkil edir.

Nəticələr şirkətin 2013-cü il avqustun 1-dən sentyabrın 29-dək apardığı eksperimental araşdırmalar əsasında əldə edilib. Testlərin aparılması üçün 355915 unikal İP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 1 pillə geriləyərək 117-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (61.42 Mbit/s), Sinqapur (46.39 Mbit/s) və Cənubi Koreya (43.11 Mbit/s) qərarlaşıb.

Xaric olan trafikin orta sürəti 1.96 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan ötən ayla müqayisədə 3 pillə irəliləyərək 116-cı yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 3.13 Mbit/s, Sumqayıt üzrə isə 0.66 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (48.39 Mbit/s), Andorra (36.16 Mbit/s) və Cənubi Koreya (33.87 Mbit/s) yer alıb.

Emil Hüseynov
 




02/10/13    Çap et