Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran prezidenti ölkə vətəndaşlarının qlobal informasiyaya çıxış hüququnu təmin edəcəyinə söz verib
“Fox News” telekanalı bildirib ki, İran prezidenti Həsən Ruhani ölkə vətəndaşlarının qlobal informasiyaya çıxış hüququnu təmin edəcəyinə söz verib.
Bildirilir ki, İran İslam Respublikasının prezidenti "Twitter" şəbəkəsindəki öz mikrobloqu vasitəsilə sözügedən şəbəkənin həmtəsisçilərindən biri Cek Dorsinin “İran vətəndaşları Həsən Ruhaninin sosial şəbəkədəki mesajlarını görürlərmi” sualını cavablandırıb.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Cek, axşamınız xeyir – deyə İran prezidenti yazıb. - Artıq daha əvvəl dediyim kimi, mənim səylərim ölkə vətəndaşlarının qlobal informasiyaya çıxış imkanı əldə etmə hüququnun təmininə yönəlib".
Xatırladaq ki, bu ilin sentyabrında iranlılar qısa müddətə bir çox xarici serverlərə çıxış imkanına malik olublar.
Emil Hüseynov
02/10/13 Çap et