Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələrdə spamın həcmi 355% artıb
“Nexgate” şirkəti tərəfindən dərc edilmiş araşdırmaya əsasən, 2013-cü ilin birinci yarısında sosial şəbəkələrdə istifadəçi tərəfindən qəbul edilmiş spamın orta həcmi 2012-ci ilin sonu ilə müqayisədə 355% artıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, toplanılmış statistikaya əsasən, sosial şəbəkə vasitəsilə göndərilən hər iki yüzüncü mesaj, həmçinin spam sayılır. Nəticədə sözügedən mesajları izləmək və bloklamaq elektron poçt vasitəsilə yayılan ənənəvi spam növləri ilə daha çətindir.
Bir neçə il bundan əvvəl sosial şəbəkə vasitəsilə yayılan spamın həcmi xeyli az idi. 2012-ci ildə “Facebook”un nümayəndələri bildiriblər ki, sosial şəbəkədəki mesajların yalnız 4%-i spamdır. 2010-cu ildə “Twitter” mikrobloqlar xidmətinin qiymətləndirməsinə görə istifadəçilər tərəfindən göndərilən spamın həcmi bütün tvitlərin 1,5%-ni təşkil edib.
Emil Hüseynov
02/10/13 Çap et