Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çağırışçılarla bağlı elektron xidmətin inzibati reqlamentinin layihəsi SHÇDX-in saytında yerləşdirilib
Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidmətinin inzibati reqlamentinin layihəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında (seferberlik.gov.az) yerləşdirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu xidmət çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsini nəzərdə tutur. Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılıb. İnformativ növlü e- xidmət ödənişsiz həyata keçirilir. Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur. Xidmətdən yararlanmaq üçün ərizəçi “seferberlik.gov.az” internet ünvanına daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir və bundan sonra açılan müraciət formasını doldurduqdan sonra göndərir.
CAHANGİR
02/10/13 Çap et