Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda qabaqcıl texnologiyalara əsaslanan DATA Mərkəzlərinin yaradılmasında macar təcrübəsindən istifadə ediləcək
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zolt Çutora ilə görüşüb.
Ölkələrimiz arasında davam edən uğurlu və səmimi dostluq münasibətlərindən söz açan nazir Nyu-Yorkda BMT-nin 67-ci Baş Assambleyası çərçivəsində "Avrasiya Rabitə Alyansı"nın ("Eurasian Connectivity Alliance"- EuraCA) ilkin dinləmələri, həmçinin Azərbaycanın təşəbbüsü ilə "EuraCA"-nın yaradılmasına dair BMT tərəfindən qətnamənin qəbul edilməsi istiqamətində Avropa Birliyinin üzvü kimi, Macarıstanın göstərdiyi səyləri yüksək qiymətləndirib. Nazir həmçinin, strateji münasibətlər fonunda Azərbaycanın İKT sahəsində macar təcrübəsinin tətbiqinə önəm veriləcəyini vurğulayıb.
Öz növbəsində Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını və yeni əlaqələrin qurulmasında "BakuTel" sərgisinin bir platforma kimi macar şirkətlərinin də diqqətini cəlb etdiyini deyən Z.Çutora onların bu sərgidə milli pavilyonla təmsil olunacaqlarını, sərgi çərçivəsində keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərə Macarıstanın rəsmi nümayəndələrinin qatılacağını, eyni zamanda bu tədbirlərin qarşılıqlı sərmayə qoyuluşları imkanlarının artırılmasında mühüm rol oynadığını nəzərə çatdırıb.
26/09/13 Çap et