Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Tacikistan və Qırğızıstanla “STEFİ” sistemi üzərindən elektron pulköçürməsinə başlayacaq


Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ilin sonuna kimi daha iki ölkənin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial Information (STEFI)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda Tacikistan və Qırğızıstan poçt operatorları ilə danışıqlar aparılır.

Eyni zamanda, Estoniya və Litva poçt operatorları ilə "STEFİ" üzərindən sürətli pulköçürmələrinin  həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır.

Aynur Vəliyeva
 




02/10/13    Çap et