Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows XP” əməliyyat sisteminin bazar payı sürətlə azalır
"Net Applications" tədqiqat şirkətinin məlumatına görə, bu ilin sentyabrında "Windows XP" əməliyyat sisteminin (ƏS) bazar payı 2,25% azalıb.
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Windows 8" ƏS-i isə əksinə, tədricən bazar payını artırır. Sentyabrda onun payı 8,02% olub.
Xatırladaq ki, avqustda 7,4%, iyulda isə 5,4% təşkil edib. "Windows 7" ƏS-nin bazar payı demək olar, dəyişməyib: avqustda və sentyabrda müvafiq olaraq 45,63% və 46,43%. Masaüstü əməliyyat sistemləri bazarında "Microsoft" (89.4%) lider olaraq qalır.
Tədqiqat şirkətinin statistikasına əsasən, mobil əməliyyat sistemləri bazarında "iOS" birinci, "Android" isə ikinci yerdə qərarlaşıb.
Emil Hüseynov
02/10/13 Çap et