Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Internet Explorer” brauzerinin bazar payı artıb


"Net Applications" tədqiqat şirkətinin məlumatlarına əsasən, "Internet Explorer" (IE) brauzerlər xəttinin payı artmağa davam edir.

Sentyabr ayının nəticəsinə görə "Microsoft"un brauzerinin payı 57.8% olub ki, bu da 2013-cü ilin avqust ayının göstəricisindən çoxdur. "Firefox" brauzeri (18.6%) ikinci yerdə qərarlaşıb. "Chrome" brauzerinin bazar payı 0.4% azalaraq 15,96% olub.

"ICTnews" elektron xəbər xidməti saytına istinadən bildirir ki, "Internet Explorer" brauzer xətti arasında ən geniş yayılmış 21,41% bazar payına malik səkkizinci versiya (IE 8) olub.

Emil Hüseynov
 




03/10/13    Çap et