Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Macarıstanla texnoloji əməkdaşlıq üzrə müzakirələr aparılıb


Macarıstanın Milli İnkişaf  Nazirliyinin baş müşaviri İstvan Erenyinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 2-də MHM-də görüş keçirilib. “Elektron hökumət” quruculuğu istiqamətində əməkdaşlıq məsələlərinin müzakirəsi ilə bağlı keçirilən görüşdə MHM-in direktoru Nail Mərdanov Azərbaycanın “Elektron hökumət” layihəsi, “www.e-gov.az” portalı vasitəsilə həyata keçirilən elektron xidmətlər, respublikada elektron imza xidmətinin təşkili və inkişafı, ümumilikdə bu sahədə görülən işlər və perspektivdə nəzərdə tutulan layihələrlə bağlı qonaqları məlumatlandırıb.
 
Bu sahədə Macarıstan təcrübəsindən söz açan baş müşavir İstvan Erenyi ölkəsinin İKT, o cümlədən elektron xidmətlər, ən qabaqcıl texnologiyalara əsaslanan DATA mərkəzlərin qurulması sahəsində əldə etdiyi nailiyyətlər haqda ətraflı məlumat verib və qazanılan təcrübənin Azərbaycanla bölüşdürülməsində maraqlı olduqlarını ifadə edib.
 
Daha sonra macarıstanlı qonaqlar MHM-in fəaliyyəti ilə yaxından tanış olub, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb.




03/10/13    Çap et