Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetin qara kralı həbs edildi



Amerikanın Federal Təhqiqatlar Bürosu “Silk Road” saytının sahibi Uilyam Ross Ulbrixti həbs edib. Rusiya mətbuatının verdiyi məlumata görə, Ulbrixt narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, hakerlik, çirkli pulların yuyulmasında ittiham olunur.
 

Qeyd edək ki, “Silk Road” saytı qadağan edilmiş maddələrin satışı ilə məşğuldur.

Kamal Hacıyev




03/10/13    Çap et