Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prokurorluqların “Elektron Sənəd Dövriyyəsi” sisteminə qoşulması prosesi mərhələli şəkildə həyata keçirilir



Həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yeni yaradılmış İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən “Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında “Elektron Sənəd Dövriyyəsi” Proqramının yaradılması təmin olunub.

Bu fikir Baş Prokurorluqda “1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü” və Milli Prokurorluğun yaradılmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə səsləndirilib.
Qeyd edilib ki, 2012-ci ilin yanvar ayından Baş Prokurorluğun bütün struktur qurumlarında bu proqramın səmərəli tətbiqinin həyata keçirilməsinə başlanmış, hazırda Bakı şəhər və respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının bu sistemə qoşulması prosesi mərhələli şəkildə reallaşdırılır. Eyni zamanda, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərin intensivliyi artırılaraq,  “Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair” (“Elektron Cinayət”) informasiya sisteminin yaradılması prosesi uğurla başa çatdırılmaqla onun təqdimat mərasimi keçirilib.

CAHANGİR




03/10/13    Çap et