Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apache” veb-serverinin populyarlığı azalır
“Netcraft” veb-monitorinq şirkəti 2013-cü ilin sentyabr ayının nəticəsinə görə internetdə fəaliyyət göstərən saytların sayı haqqında hesabat dərc edib.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən şirkətin məlumatlarına əsasən, şəbəkədə işləyən veb-saytların və bloqların sayı 767234152 olub ki, bu da ötən illə müqayisədə 28,2 milyon çoxdur.
Hesabat müəllifləri qeyd edirlər ki, “Apache” veb-serverinin bazar payı 45%-dək azalıb. Bu, son 15 ildə ən aşağı göstəricidir.
“Microsoft IIS” serveri öz bazasını 16,5 milyon host artırıb.
Emil Hüseynov
03/10/13 Çap et