Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Flutter” şirkətini satın alıb


“Google” jestlərin tanınması üçün texnologiya istehsalçısı “Flutter” şirkətini satın alıb. Şirkətin həlləri müasir multimedia texnikasında musiqi parçalarının tənzimlənməsində tətbiq edilir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Flutter” şirkəti, həmçinin “Mac” və “Windows” əməliyyat sistemləri üçün proqram təminatı istehsal edir. İstifadəçilər jestlərin hesabına “iTunes” və “QuickTime” proqramlarına nəzarət edə bilərlər.

“Flutter” şirkətindən bildirilib ki, “Google” tərəfindən satınalmadan sonra onlar jest texnologiyaları sahəsində öz tədqiqatlarını davam etdirəcəklər.

Emil Hüseynov




03/10/13    Çap et