Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Süni qulaq radiodalğaları eşidəcək
Prinston Universitetinin (Amerika) alimləri bioelektron qulağın prototipini hazırlayıblar. Əsl qığırdaq toxuması və miniatür çərçivə antenasından ibarət yeni cihaz insana radiodalğaları eşitmək imkanı verir.
Layihənin əsas məqsədi elektronikanın köməyi ilə qulağın funksiyalarını genişləndirən tamfunksiyalı süni orqan yaratmaqdır.
“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, toxuma mühəndisliyinin hazırkı inkişaf səviyyəsi qulağı adi üsulla “yetişdirməyə” icazə vermədiyindən, tədqiqatçılar “3D” çapından istifadə etmək qərarına gəliblər.
Alimlər iddia edirlər ki, “3D”-nin köməyilə canlı toxuma və elektron komponentləri birləşdirmək daha asandır.
Emil Hüseynov
03/10/13 Çap et