Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 13 vakansiya təqdim edib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən komissiyanın elan etdiyi müsabiqəyə 13 vakansiya təqdim edib. Bu vakant yerlərə Məxfi şöbədə aparıcı məsləhətçi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş sektorunda baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, fondun Sahibkarlığın inkişafı sektorunda aparıcı məsləhətçi, məsləhətçi, eyni zamanda RİTN-in Elektron Təhlükəsizlik Mərkəzində baş məsləhətçi - kadrlar üzrə, mərkəzin Əməliyyat sektorunda baş məsləhətçi, məsləhətçi, Analiz və məsləhət sektorunda aparıcı məsləhətçi, məsləhətçi, həmçinin, Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunda baş məsləhətçi, məsləhətçi vəzifələri daxildir.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı oktyabrın 4-dən noyabrın 4-ü saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini oktyabrın 4-dən oktyabrın 23-ü saat 18:00-dək komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün), şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
CAHANGİR
04/10/13 Çap et