Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Huawei” şirkəti Azərbaycan istehlakçıları üçün müasir mobil cihazlar təqdim etməkdə maraqlıdır
"Huawei" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Quo Syaobinq yerli bazara xüsusi münasibət bəsləyir.
"ICTnews" xəbər xidmətinin "Huawei" şirkətinin rəsmi məlumatına istinadən verdiyi xəbərə əsasən, şirkət ən yeni texnologiyaları təqdim edərək Azərbaycanla birgə uğur qazanmaq niyyətindədir.
"Əvvəllər "Huawei" Azərbaycanda yalnız telekommunikasiya şəbəkə infrastrukturu üçün avadanlıq təqdim edirdi, son dövrdə yerli bazarda mobil cihazların, o cümlədən smartfonların da satışı təşkil olunub", - deyə "Huawei" şirkətinin nümayəndəsi Quo Syaobinq bildirib.
Onun sözlərinə görə, "Huawei" şirkətinin Azərbaycanda hədəflərindən biri də əhalinin texnologiyalar sahəsində maarifləndirilməsi, münasib qiymətlərlə böyük bir hissəsinin bu yeni texnologiyalardan faydalanmasına dəstək verməkdir.
Hazırda "Huawei" şirkəti 150-dən çox ölkədə fəaliyyət göstərir və dünya əhalisinin 1/3-i onun məhsullarından istifadə edir.
Aynur Vəliyeva
04/10/13 Çap et