Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda bu il domen adlarının xalis artımı 1767 domen təşkil edib


Azərbaycanda bu günə kimi 18126  domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.
“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, bu il ölkədə cəmi 3942 domen qeydə alınıb, 2175-i  qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1767 domen təşkil edib.

Hazırda Azərbaycanda 16921”*.az”, 711”*.com.az”, 168“*.edu.az”, 98”*.org.az”, 59”*.net.az”, 43”*.int.az”, 42 “*.co.az”, 39”*.pp.az”,  23 “*.info.az”, 11 “*.biz.az”, 3”*.name.az”, 1”*.mil.az”, 1 “*.pro.az” və 6 coğrafi adlardan ibarət domen adları istifadə olunur.

Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə 5478 domen adı olub. Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci ildə “*.az” domeninin xalis artımı 3039 domen adı təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur.

Aynur Vəliyeva
 
 
 
 




04/10/13    Çap et