Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Siri” səs köməkçisini səsləndirən aktrisanın adı məlum olub


Aktrisa Süzan Bennett “CNN” televiziya kanalına verdiyi müsahibəsində deyib ki, “Apple” şirkətinin mobil qurğularına quraşdırılmış “Siri” səs köməkçisinin amerika variantını o səsləndirib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aktrisanın sözlərinə görə, 2005-ci ildə onun səsi “ScanSoft” şirkəti üçün yazılıb. İşəgötürmə zamanı aktrisaya bu nümunələrin istifadə olunacağı layihələr barədə məlumat verilməyib. Bennett bir ay müddətində səsyazma studiyasına gələrək gündə dörd saat işləyib.

Sonralar “ScanSoft” şirkəti nitqin tanınması texnologiyaları ilə məşğul olan “Nuance” şirkətini satın alıb. “Nuance” şirkətinin həlləri isə “Siri”nin əsasını təşkil edir.

Bennett bildirib ki, bir müddət “Siri” səs köməkçisinin onun səsi ilə danışmasından xəbərsiz olub. Oxşarlığı aktrisanın dostları təyin ediblər. Səs köməkçisini şəxsən dinləmiş Bennett belə nəticəyə gəlib ki, “Apple” doğrudan da onun səs yazılarından istifadə edib.

Süzan Bennett 1970-ci ildən səsləndirmə sahəsində aktrisa işləyir. O, radio üçün musiqi fonları və aeroportlar üçün elanlar, “GPS” naviqatorlar üçün frazalar səsləndirib.

Emil Hüseynov
 




05/10/13    Çap et